
Vəzifə öhdəlikləri:
Müştərilərlə telefon danışığı aparmaq və görüşlər təyin etmək;
Satış ofisində görüşlər keçirmək, layihə və mənzillər haqqında ətraflı təqdimat etmək;
Müştərilərin ehtiyaclarına uyğun mənzil seçimləri təklif etmək;
Satış prosesini müqavilə bağlanana qədər peşəkar şəkildə idarə etmək;
Satış planlarını yerinə yetirmək və yeni müştərilər cəlb etmək;
CRM sistemində müştəri məlumatlarını düzgün qeyd etmək və satış sonrası müştəri məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi (daşınmaz əmlak);
Azərbaycan və rus dilində sərbəst danışıq (ingilis dili üstünlükdür);
Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
Səliqəli xarici görünüş, məsuliyyətli və nəticəyönümlü olmaq.
Təklif edirik:
Rəqabətqabiliyyətli əməkhaqqı + yüksək bonus sistemi;
Premium layihədə işləmək və karyera inkişafı imkanı;
Müasir ofis və peşəkar komanda mühiti.
İş şəraiti
Ünvan - Ağşəhər
İş qrafiki: Tam iş günü
Əməkhaqqı: Müsahibə əsasında (fix + bonus)
Maraqlanan namizədlər CV-lərini (Satış meneceri) yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər