
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;
Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
Satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əmək haqqı – Namizədin bilik və bacarıqların asılı olaraq razılaşma əsasında
Xüsusi tələblər:
Bazar dinamikası, müştəri ehtiyacları və mövqeləndirmə üzrə güclü anlayış
Brend, mesajlaşma və təqdimat keyfiyyəti üzrə inkişaf etmiş zövq
Güclü təşkilatçılıq bacarıqları və eyni anda bir neçə layihəni idarə etmək qabiliyyəti
Dizayn proseslərini yönləndirə biləcək vizual və kreativ baxış
Yüksək görünürlüyə malik və ya sürətli tempdə həyata keçirilən layihələrdə təcrübə üstünlükdür
Tələblər:
Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi;
Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
Biznes danışıqları aparmaq bacarığı;
Marketinq plan və büdcə hazırlama bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dili mükəmməl bilməli, Rus dili arzuolunandı;
Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
Stratejik düşünmə və analitika bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq Menecer” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.