
Vəzifə öhdəlikləri
Verilişlərin, rubrikaların və müxtəlif layihələrin planlaşdırılması və idarə olunması
Verilişə uyğun qonaqların araşdırılması, seçilməsi, dəvət olunması və onlarla mütəmadi əlaqənin saxlanılması;
Efir formatına uyğun aktual məlumatların araşdırılması və hazırlanması
Dinləyicilərlə ünsiyyətin qurulması, onların efirə qoşulmazdan əvvəl lazımi məlumatlarla təmin edilməsi
Efir zamanı baş verən proseslərin koordinasiyası və operativ məsələlərin həll edilməsi
Aparıcıların verilişin mövzusu, qonaqları, gündəliyi və digər vacib məqamlarla bağlı əvvəlcədən məlumatlandırılması
Müsabiqələr üçün maraqlı və kreativ sualların hazırlanması
Media sahəsində yeniliklərin, müasir tendensiyaların və auditoriya maraqlarının mütəmadi izlənilməsi
Efir planının hazırlanması və tərtibində iştirak etmək
Aktual mövzular üzrə operativ araşdırma aparmaq, məlumatları toplamaq və təhlil etmək bacarığı.
Namizədə tələblər:
Media sahəsində ən azı 2 il iş təcrübəsi
Jurnalistika və ya müvafiq ixtisas üzrə ali təhsil
Dəqiq və məsuliyyətli olmalı
Azərbaycan və rus dillərində sərbəst və səlis şifahi və yazılı ünsiyyət bacarığı.
Kompüter bilikləri: Microsoft office
İş haqqında məlumat:
İş saatları: 5 (beş) gün – saat 09:00-18:00.
Ünvan: Bakı, Azərbaycan prospekti
Korporativ nömrə ilə təmin olunma.
Əmək haqqı razılaşma yolu ilə təyin olunacaq.
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına, subject hissəsinə “Prodüser” yazıb göndərsinlər.
Qeyd: Yalnız uyğun namizədlərə geri dönüş olacaq.