
Namizədə dair tələblər:
Cins: Fərq etmir
Yaş: 25–45 yaş
İş təcrübəsi müddəti: Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 2 il
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilməli, ingilis dili biliyi arzuolunandır.
Digər tələblər: Liderlik və idarəetmə bacarığı, məsuliyyətli, təşəbbüskar, yüksək ünsiyyət və təşkilatçılıq bacarığı, satışın idarə olunması və komanda ilə işləmək təcrübəsi, MS Office proqramlarından istifadə bacarığı.
Vəzifələr:
Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
Satış planlarının yerinə yetirilməsini təmin etmək;
İşçi heyətinin işini təşkil etmək və nəzarətdə saxlamaq;
Məhsul qalıqlarına, sifarişlərə və vitrinlərin tərtibatına nəzarət etmək;
Müştəri məmnuniyyətini təmin etmək və yaranan problemləri operativ həll etmək;
Sanitariya və qida təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Əməkhaqqı məbləği: 1200 AZN-dən başlayaraq (rəsmi əmək müqaviləsi bağlanılır, iş nəticələrinə əsasən bonus nəzərdə tutulur.)
Əlavə imkanlar:
Rəsmi əmək müqaviləsi, peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
İş yerinin ünvanı: Bakı şəhəri
Həftənin iş günləri: 6 iş günü
İş saatları: Müsahibə zamanı razılaşdırılacaq.
Ünvan: Gənclik m yaxınlığı
Müraciət qaydası:
CV-nizi Vatsap vasitəsilə 050 201 06 02 nömrəsinə göndərməyiniz xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 14.09.2026
Haqqında: Egoist Şirniyyat Evi yüksək keyfiyyətli şirniyyat və desertlərin istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirniyyat şəbəkəsidir. Müştəri məmnuniyyətini, məhsul keyfiyyətini və peşəkar xidməti əsas prinsip kimi qəbul edir. Komandamıza idarəetmə bacarığı yüksək, məsuliyyətli və nəticəyönümlü Mağaza meneceri dəvət edir