
Vəzifə öhdəlikləri:
Şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını həyata keçirmək;
Gəlir və xərclərə, pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Büdcənin hazırlanması, icrası və büdcə göstəricilərinə nəzarəti həyata keçirmək;
Bank əməliyyatları, ödənişlər və maliyyə sənədlərinin idarə olunmasını təmin etmək;
Debitor və kreditor borclarına nəzarət etmək;
Maliyyə göstəricilərini təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
Maliyyə risklərini müəyyən etmək və onların minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
Maliyyə proseslərinin daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
Tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil;
Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
Maliyyə menecmenti, büdcələşdirmə və maliyyə təhlili üzrə biliklər;
MS Excel və maliyyə/mühasibatlıq proqramlarında işləmə bacarığı;
Güclü analitik düşüncə və yüksək diqqətlilik;
Maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək bacarığı;
Məsuliyyətli, dəqiq və operativ olmaq;
Komanda idarəetməsi və güclü kommunikasiya bacarığı.
İş şəraiti
İş qrafiki: 5 günlük
Əmək münasibətləri: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilir.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu bölməsində “Maliyyə meneceri” qeyd etmək mütləqdir. Mövzu qeyd edilmədiyi halda namizədliyə baxılmayacaqdır.