Namizədə dair tələblər:
Xanım namizəd;
Ali təhsil;
Kateqoriya menecmenti, satınalma, məhsul idarəetməsi və ya pərakəndə satış sahəsində minimum 2–3 il təcrübə;
Home Decor, mebel, ev aksesuarları, tekstil sahəsində təcrübə tələbdir;
Güclü analitik və kommersiya düşüncəsi;
MS Excel üzrə yaxşı səviyyədə bilik;
Satış və maliyyə göstəricilərini analiz etmək bacarığı;
Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
Bazar və rəqib analizləri aparmaq bacarığı;
Planlaşdırma, prioritetləşdirmə və qərarvermə qabiliyyəti;
Yüksək məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda idarəetməsi və kommunikasiya bacarıqları.
Vəzifələr:
Home Decor kateqoriyası üzrə kateqoriya strategiyasının hazırlanması və icrası;
Məhsul portfelinin formalaşdırılması, çeşidin optimallaşdırılması və məhsul həyat dövrünün idarə edilməsi;
Satış, dövriyyə, marja, stok və digər əsas KPI göstəricilərinin təhlili;
Satış nəticələrinin artırılması və kateqoriyanın gəlirliliyinin yüksəldilməsi;
Bazar, müştəri davranışı və rəqib analizlərinin aparılması;
Yeni və trend məhsulların araşdırılması, seçilməsi və portfelə daxil edilməsi;
Təchizatçılarla kommersiya danışıqlarının aparılması;
Qiymət strategiyasının hazırlanması və rəqib qiymətlərinin monitorinqi;
Stok səviyyələrinin optimallaşdırılması və məhsul çatışmazlığının qarşısının alınması;
Mövsümi kampaniyalar, endirimlər və promo fəaliyyətlərin planlaşdırılması;
Məhsulların satış potensialının və rentabelliyinin qiymətləndirilməsi;
Təchizat, logistika, marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı iş;
Aylıq və rüblük satış proqnozlarının hazırlanması;
Rəhbərliyə kateqoriya üzrə analitik hesabatların və inkişaf təkliflərinin təqdim edilməsi.
Şirkət tərəfindən:
Rəqabətli əmək haqqı;
Bonus və KPI sistemi;
Peşəkar inkişaf imkanları;
Karyera yüksəlişi;
Dinamik və peşəkar iş mühiti.
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Müraciət qaydası: [email protected] və ya 0512015595 nömrənin vatsapına yaza bilərsiniz.
Müraciət üçün son tarix: 25.09.2026
Haqqında: 2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir.