Caspian Textile komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkətin tekstil məhsulları, korporativ geyim, işçi geyimləri, uniforma və digər tikiş məhsullarının korporativ müştərilərə satışını həyata keçirmək
Yeni korporativ müştərilərin müəyyən edilməsi və cəlb olunmasını təmin etmək
Potensial müştərilərlə əlaqələr qurmaq və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini və təkrar satışları artırmaq
Müştərilərlə görüşlər keçirmək, onların məhsul, dizayn, material, həcm və çatdırılma tələblərini müəyyən etmək
Müştəri ehtiyaclarına uyğun məhsul və istehsal həlləri təqdim etmək
Kommersiya təklifləri və qiymət təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
Satış prosesini ilkin əlaqədən sifarişin rəsmiləşdirilməsinə qədər idarə etmək
İri korporativ sifarişlərin cəlb olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
Bazar tendensiyalarını, potensial müştəriləri və rəqiblərin fəaliyyətini izləmək
Müştərilərdən daxil olan məlumatları istehsal və digər aidiyyəti şöbələrlə koordinasiya etmək
Tələblər
Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
Minimum 5 il satış sahəsində iş təcrübəsi
B2B və korporativ satış sahəsində təcrübə
Tekstil, geyim, istehsal, FMCG və ya digər korporativ məhsulların satışı üzrə təcrübə üstünlükdür
Korporativ müştərilərlə işləmək və uzunmüddətli biznes əlaqələri qurmaq bacarığı
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması üzrə təcrübə
Nəticəyönümlü və təşəbbüskar yanaşma
Analitik düşünmə və problem həll etmə bacarığı
Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı
İş şəraiti
Rəsmi əmək müqaviləsi
Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Stabil və dinamik iş mühiti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə şirkətin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.