Vəzifə öhdəlikləri
1C:Müəssisə platforması əsasında proqram məhsullarının (bundan sonra “proqram məhsulu”) tətbiqi layihələrində iştirak
Proqram məhsulunun hazırlanması və təkmilləşdirilməsi üçün tələblərin müəyyən edilməsi
Proqram məhsulunun hazırlanması və təkmilləşdirilməsi
Təkmilləşdirmələrdən sonra proqram məhsulunun test olunması və təhvil verilməsi
Namizəd üçün tələblər:
Kişi və ya qadın, 21–35 yaş
Ali və ya natamam ali təhsil (texniki və ya iqtisadi ixtisas üzrə)
Rus dilini sərbəst bilmə
Tez öyrənən, çalışqan, məsuliyyətli və dürüst
Tətbiqi proqramlaşdırma üzrə əsas biliklər
1C: Enterprise platforması əsasında proqram məhsullarının tətbiqi layihələrində iştirak təcrübəsi
1C: Enterprise əsasında proqram məhsullarının hazırlanması və test olunması bacarıqları
Ticarət və istehsalat müəssisələrinin idarəedilməsi, mühasibat və vergi uçotunun əsasları üzrə ilkin biliklər arzuolunandır
İş şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
Şirkət hesabına yemək
Şirkət hesabına təchiz olunmuş fitnes klubdan istifadə imkanı
Şirkət hesabına təlim və sertifikatlaşdırma
Sabit əmək haqqı + görülmüş işlərə görə bonuslar
Mehriban və həmrəy kollektiv
Müxtəlif və maraqlı layihələr
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.