
İş şəraiti
6 günlük iş qarfiki
İş saatları: Həftə içi-09:30-17:30
6-cı gün - 10:00-15:00
Ünvan: Bakı, Nizami rayonu ,Babək prospekti 2360
Vəzifə öhdəlikləri
Şirkətin məhsul və avadanlıqlarının satışı və icarəsi üzrə müştərilərlə işin aparılması;
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, onların ehtiyaclarının müəyyən edilməsi və uyğun satış/icarə həllərinin təklif olunması;
Müştərilərdən daxil olan satış və icarə sorğularının operativ şəkildə cavablandırılması;
Satış və icarə üzrə kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
Qiymət, ödəniş şərtləri, icarə müddəti və digər kommersiya şərtlərinin müştərilərlə razılaşdırılması;
Satış və icarə müqavilələrinin hazırlanması, rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi;
İcarəyə verilən avadanlıqların təhvil-təslim prosesinin koordinasiya edilməsi və müvafiq sənədlərin hazırlanması;
İcarə müddətlərinin, müqavilələrin bitmə tarixlərinin və avadanlıqların geri qaytarılmasının izlənilməsi;
İcarədən geri qaytarılan avadanlıqların texniki vəziyyətinin yoxlanılması üçün servis şöbəsi ilə koordinasiyanın aparılması;
Satış və icarə sifarişlərinin sistemdə qeydiyyatının aparılması və məlumatların mütəmadi yenilənməsi;
Satış və icarə əməliyyatlarının Mikro sistemində qeydiyyatının aparılması;
Müştərilərin ödənişlərinin və debitor borclarının mühasibatlıq şöbəsi ilə birlikdə izlənilməsi;
Satış və icarə üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Satış planlarının yerinə yetirilməsi və müəyyən edilmiş hədəflərə çatmaq istiqamətində aktiv fəaliyyət göstərilməsi;
Bazarın, müştəri tələbatının və rəqiblərin təkliflərinin izlənilməsi;
Satış, icarə, servis, ehtiyat hissələri, logistika və mühasibatlıq şöbələri arasında iş prosesinin koordinasiya edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması.
Namizədə tələblər
Bəy namizədlər
Ali təhsil;
Yaş həddi: 23–40 yaş;
Satış, korporativ satış, avadanlıq icarəsi, B2B satış və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
Sürücülük vəsiqəsinin olması və aktiv sürücülük bacarığı;
Aktiv satış və müştəri cəlb etmə bacarığı;
Müştərilərlə danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
Kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
Satış və icarə proseslərinin idarə olunması və izlənilməsi bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Mikro sistemində işləmək bacarığı üstünlükdür;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;
Məsuliyyətli, nəticəyönümlü, təşəbbüskar və ünsiyyətcil olmaq;
Planlama, hesabatlılıq və məlumatları sistemləşdirmək bacarığı;
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı.
Təklif olunur
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq ;
Peşəkar və karyera inkişafı imkanları;
Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.