
İş yeri: Bakı
İş rejimi: Tam iş günü (5 günlük, 09:00-18:00)
Vəzifənin təsviri
Layihələrin planlaşdırılması, icrasının koordinasiyası, resursların səmərəli bölüşdürülməsi və layihə nəticələrinin vaxtında izlənilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
Layihələr üzrə iş qrafiklərinin hazırlanması, yenilənməsi və icrasının izlənilməsi;
Layihənin iş strukturunun və əsas iş mərhələlərinin müəyyənləşdirilməsi;
Layihə smetası üzrə iş həcmlərinin izlənilməsi;
Smeta üzrə ayrı-ayrı işlər və komponentlər üzrə faktiki tamamlanma səviyyəsinin müəyyənləşdirilməsi;
Planlaşdırılmış və faktiki görülmüş işlərin müqayisə edilməsi;
Layihələr üzrə gecikmələrin və gecikmə risklərinin vaxtında müəyyənləşdirilməsi;
Gecikmələrin səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlərin koordinasiya edilməsi;
Layihələrin başa çatdırılma tarixlərinin mütəmadi qiymətləndirilməsi və yenilənməsi;
İşçi qüvvəsi, material, texnika və digər resurslara olan ehtiyacın əvvəlcədən müəyyənləşdirilməsi;
Mövcud resursların müxtəlif layihələr arasında səmərəli bölüşdürülməsinin koordinasiya edilməsi;
Layihələr üzrə resurs istifadəsinin və işçi qüvvəsinin yüklənməsinin izlənilməsi;
Layihələr üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması;
Sahə mühəndisləri və layihə üzrə məsul şəxslərdən müntəzəm məlumatların toplanması və ümumiləşdirilməsi;
Sahədən daxil olan məlumatların dəqiqliyinin və vaxtında təqdim edilməsinin təmin edilməsi;
Layihələrin həftəlik və aylıq gedişat hesabatlarının hazırlanması;
Rəhbərlik üçün layihələrin vəziyyəti, görülmüş və qalan işlər, gecikmələr, resurs ehtiyacları və əsas problemlər barədə hesabatların hazırlanması;
Satınalma, maliyyə, texniki ofis və digər aidiyyəti bölmələrlə layihə ehtiyacları üzrə koordinasiyanın aparılması;
Layihə iclaslarının təşkili və iclaslarda müəyyən edilmiş tapşırıqların icrasının izlənilməsi;
Layihələrin idarə olunması və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi.
Namizədə tələblər
İnşaat mühəndisliyi, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
İnşaat layihələrinin idarə edilməsi və ya layihələrin planlaşdırılması üzrə minimum 3 il iş təcrübəsi (*inşaat təcrübəsi olmayan namizədlər dəyərləndirilməyəcəkdir*);
İnşaat layihələrinin planlaşdırılması, icrasının izlənilməsi və koordinasiyası üzrə praktiki təcrübə;
Smeta, iş həcmləri və layihə üzrə faktiki icra göstəriciləri ilə işləmə bacarığı;
Layihə qrafiklərinin hazırlanması və idarə edilməsi üzrə biliklər;
MS Project və ya Primavera P6 proqramlarından ən azı birində işləmə bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
Layihənin iş strukturunun, əsas mərhələlərinin və kritik işlərin müəyyənləşdirilməsi üzrə bilik;
Resursların planlaşdırılması və bölüşdürülməsi üzrə anlayış;
Layihə risklərinin və gecikmələrin idarə edilməsi bacarığı;
Güclü analitik və sistemli düşünmə qabiliyyəti;
Məlumatları toplamaq, təhlil etmək və əsas nəticələri rəhbərliyə təqdim etmək bacarığı;
Güclü ünsiyyət və koordinasiya bacarıqları;
Eyni vaxtda bir neçə layihə üzrə işləmək bacarığı;
Yüksək məsuliyyətlilik və nəticəyönümlülük.
Üstünlük hesab olunur
İnşaat şirkətinin texniki ofisində iş təcrübəsi;
PMP və ya digər müvafiq peşəkar sertifikatların olması.
Əmək haqqı və əlavə imkanlar
Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən razılaşma yolu ilə;
Əlavə bonus: Layihə üzrə müəyyən edilmiş KPI göstəricilərinə əsasən əlavə bonuslar nəzərdə tutulur.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.