
İş sahəsi: Panel satışı
Vəzifə öhdəlikləri
Müştəriləri qarşılamaq və məhsullar barədə ətraflı məlumat vermək;
Panel məhsullarının təqdimatını və satışını həyata keçirmək;
Müştərinin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək;
Satış prosesini sifarişin tamamlanmasına qədər izləmək;
Mövcud və yeni müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Satış planlarının yerinə yetirilməsi;
Gündəlik satış və müştəri məlumatlarını sistemli şəkildə qeyd etmək.
Tələblər
Premium seqmentdə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
Müştərilərlə ünsiyyət və satış bacarığı;
Səlis nitq və təqdimat qabiliyyəti;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı;
Öyrənməyə və yeni məhsulları mənimsəməyə açıq olmaq;
Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
Xanım namizədlərə üstünlük veriləcək.
İş şərtləri
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
Həftədə 6 günlük iş qrafiki;
Növbəli iş rejimi: 10:00–17:00 / 10:00–19:00;
Əmək haqqı: 800 - 1200 Azn aralığı + bonus sistemi;
İş yeri: Ayaz İsmayılov küç 102, Xətai metrosu.
Maraqlanan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələlərinə yalnız qeyd olunan tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.