Namizədə olan tələblər:
Ali təhsil;
Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi;
Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik;
Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı;
Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı;
Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə;
MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək;
Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq;
Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək;
Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq;
Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək;
İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək;
Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq;
Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək;
Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək;
Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq;
Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək;
Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək;
Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək;
İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq;
Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək;
Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri müraciət etmələri xahiş olunur.