
Brend House mağazalar şəbəkəsinə Mağaza Meneceri vəzifəsinə vakansiya elan edilir.
İş şəraiti
6 günlük iş həftəsi (növbəli)
Əmək haqqı: 700 Azn fix + bonus;
Əsas Vəzifələr:
Müştərilərə mağaza içərisində xidmətin göstərilməsi və xidmətin artırılması üçün günlük verilən iş planını icra etmək
Mağaza daxili məhsul sərgiləmə, sifarişlərin toplanması, viziual merchandayzinq işlərinin görülməsi üçün personallara rəhbərlik etmək
Mağazaya lazım olan məhsulların satışına uygun stoklarına nəzarət etmək və sifarişlərin zamanında verilməsini təmin etmək
Mağazanın təmizliyi, təmiri daha yaxşı iş ortamı yaratmaq üçün mağaza daxili proseslərə nəzarət etmək
Personalların iş qrafiki, davamiyyətinə nəzarət etmək
Personalların disiplin və motivasiya edilməsi üçün personallara dəstək olmaq
Namizədə tələblər:
İşində məsuliyyətli olmalı
Düzgün
Dəqiq
Kollektivlə işləmək bacarığı olmalı
Problemi zamanında həll edə bilməli
Ünvan: Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız ( Əhmədli, Yasamal, İnşaatçılar, Xırdalan, Sabunçu, Binəqədi, Gəncə, Biləcəri, Lökbatan və digər filiallarımız)
Komandamıza uyğun olan namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Mağaza meneceri” və müraciət etmək istədiyi filialın adını qeyd edərək, [email protected] elektron ünvanına və ya 010-256-44-07 vatsap nömrəsinə göndərə bilərlər.
Son müraciət tarixi: 30.10.2026.