
Əsas vəzifə öhdəlikləri:
Brendin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
Bazarın, müştəri davranışlarının və rəqiblərin araşdırılması və təhlili;
Məhsul və xidmətlərin bazarda mövqeləndirilməsini və inkişafını təmin etmək;
Brend strategiyasının hazırlanması və brendin bazardakı mövqeyinin gücləndirilməsi;
Brendin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət etmək;
Reklam və marketinq kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin təhlili;
SMM, digital marketinq, reklam və digər kommunikasiya kanallarının idarə olunmasını koordinasiya etmək;
Brendin tanınması və müştəri loyallığının artırılması istiqamətində layihələr hazırlamaq;
Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanmasında iştirak etmək;
Məhsul qablaşdırılması, dizaynı, reklam materialları və digər brend kommunikasiya elementləri üzrə təkliflər hazırlamaq;
Marketinq büdcəsini planlaşdırmaq və xərclərin effektivliyinə nəzarət etmək;
Satış şöbəsi ilə əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş kampaniyalar hazırlamaq;
Marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar əsasında qiymətləndirmək və hesabatlar hazırlamaq;
Reklam agentlikləri, dizayn və digər xarici tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;
Brend və məhsullarla bağlı müştəri rəylərini və bazar reaksiyalarını analiz etmək;
Rəhbərliyə marketinq və brend inkişafı üzrə təkliflər təqdim etmək.
Namizədə tələblər:
Marketinq, menecment, biznes və ya müvafiq sahə üzrə ali təhsil;
Marketinq və/və ya brend menecer sahəsində iş təcrübəsi;
FMCG sahəsində təcrübənin olması mütləqdir;
Azərbaycan və Rus dillərində səlis, ingilis dilində isə yaxşı səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı.
Bazar və rəqib analizi bacarığı;
Marketinq və reklam kampaniyalarının hazırlanması üzrə praktiki təcrübə;
Digital marketinq və sosial media alətləri haqqında məlumatlılıq;
Analitik düşüncə və nəticəyönümlülük;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
Xanım namizəd;
Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.
Şərtlər:
İş qrafiki: 6 günlük iş həftəsi
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı müsahibe əsasında
Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Binəqədi yolu 100
CV-lərinizi “Marketing menecer”vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə 0552931339