
İş yeri: Qum Adası
Əməkhaqqı: 1200–1500 AZN
İş qrafiki: 08:00–18:00
Əsas vəzifələr:
Catering layihəsinin gündəlik fəaliyyətinə tam rəhbərlik etmək və iş proseslərini koordinasiya etmək;
Mətbəx, servis, təmizlik və digər əməkdaşların fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və nəzarətdə saxlamaq;
Menyuya uyğun olaraq gündəlik yemək istehsalının vaxtında və keyfiyyətli həyata keçirilməsini təmin etmək;
Ərzaq və xammalın sifarişi, qəbulu, anbara yerləşdirilməsi, saxlanılması və sərfiyyatına nəzarət etmək;
Anbar qalıqlarını, məhsul hərəkətini və gündəlik sərfiyyatı mütəmadi izləmək;
Məhsulların keyfiyyətinə, son istifadə tarixlərinə və düzgün saxlanma şəraitinə nəzarət etmək;
Qida təhlükəsizliyi, HACCP, sanitariya və gigiyena tələblərinə tam riayət olunmasını təmin etmək;
Ərzaq sərfiyyatının optimallaşdırılması və israfın minimuma endirilməsi üçün tədbirlər görmək;
İşçi heyətinin davamiyyətinə, intizamına və iş keyfiyyətinə nəzarət etmək;
Müştəri tərəfindən müəyyən edilmiş standart və tələblərin yerinə yetirilməsini təmin etmək;
Gündəlik yemək sayı, ərzaq sərfiyyatı, anbar qalığı, personal və digər əməliyyat göstəriciləri üzrə hesabatlar hazırlamaq;
Obyektdə yaranan operativ problemləri vaxtında həll etmək və zəruri hallarda rəhbərliyə məlumat vermək;
Təchizat, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Layihənin xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə birbaşa nəzarət etmək.
Namizədə əsas tələblər:
Catering sahəsində 3–5 il iş təcrübəsi;
Catering obyektinin və ya mətbəx əməliyyatlarının idarə olunması üzrə praktiki təcrübə;
Anbar və ərzaq uçotu üzrə yaxşı biliklər;
Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı;
Ərzaq sərfiyyatı və maya dəyərinə nəzarət bacarığı;
Qida təhlükəsizliyi və HACCP prinsipləri barədə bilik;
Hesabat hazırlamaq və Excel-də işləmək bacarığı;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Yüksək məsuliyyətlilik, intizam və təşkilatçılıq;
Gərgin iş şəraitində və çoxsaylı əməkdaşlarla işləyə bilmək.
CV-nizi [email protected] e-mail adresinə və ya 055 400 01 45 nömrənin vatsapına göndərə bilərsiniz.