
Vəzifə Öhdəlikləri
Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi
Müştəri Dəstəyi Departamentinin ehtiyaclarına uyğun soft və hard bacarıqlar üzrə təlim proqramlarının hazırlanması və tətbiqi
Müştəri xidməti, şikayətlərin idarə edilməsi və digər kritik mövzular üzrə tədris materiallarının hazırlanması
Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi
Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi
Soft və Hard Skills Təlimlərinin Keçirilməsi
Soft skills (yumşaq bacarıqlar) təlimləri:
Ünsiyyət və dinləmə bacarıqları
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti
Stres və münaqişə idarəetməsi
Kritik düşüncə və problem həll etmə bacarıqları
Komanda işi və liderlik bacarıqları
Hard skills (texniki bacarıqlar) təlimləri:
Şirkətin sistem və proqramları üzrə texniki təlimlər
Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər
Yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili
Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi
Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması
Əməkdaşların performans göstəricilərinin (KPI-lar: CSAT, AHT, FCR, keyfiyyət skorları və s.) izlənməsi və təhlili
Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması
Təlim Materiallarının İnkişafı və Rəqəmsallaşdırılması
Təlim proseslərinin müasir və innovativ yanaşmalar əsasında optimallaşdırılması
Video dərslər, interaktiv təqdimatlar və onlayn təlim modullarının hazırlanması
Təlim kontentinin davamlı olaraq yenilənməsi və təkmilləşdirilməsi
Təhsil və İş Təcrübəsi:
Ali təhsil
Ən azı 2-4 il Müştəri Xidmətləri sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi
Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə
Şəxsi Keyfiyyətlər və Bacarıqlar:
Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti
Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları
Analitik düşüncə və problem həll etmə bacarığı
Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər
Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı
Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti
Dil Bilikləri:
Azərbaycan dili – mükəmməl səviyyədə
Rus dili – əla
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.