
Peşəkar komanda, güclü gələcək
RS GLOBAL şirkəti komandamıza qoşulacaq, ixrac proseslərini koordinasiya edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək Export menecer axtarır.
Namizədə dair tələblər
Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
İngilis dili biliyi arzuolunandır;
Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
İşləri planlaşdırmaq və prosesləri koordinasiya etmək bacarığı;
Komanda ilə işləmək və operativ qərar vermək bacarığı.
Əsas vəzifə öhdəlikləri
İxrac sifarişləri və müvafiq sənədləşmə proseslərini koordinasiya etmək;
Xarici müştərilər və tərəfdaşlarla işgüzar əlaqələri idarə etmək;
Sifarişlərin hazırlanması və göndərilmə mərhələlərini izləmək;
İxracla bağlı məlumat və sənədlərin düzgünlüyünə nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
Təklif edirik
1000 AZN əməkhaqqı;
Peşəkar və işgüzar mühit;
İş bacarıqlarına uyğun inkişaf imkanı.
Əlaqə: +994 99 888 60 61
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
RS GLOBAL — Birlikdə daha böyük hədəflərə.