Biz komanda yoldaşı axtarırıq!
İş şəraiti
İş qrafiki: Həftə içi 5 gün
İş saatları: 10:00 – 19:00
İş rejimi: Ofisdaxili
Öhdəliklər:
Rəqəmsal media planlaşdırılması (Meta, TikTok, YouTube, Google ve diger kanallar üzrə), icrası və optimizasiyasına cavabdeh olmaq;
Müştərilərlə birbaşa kommunikasiya qurmaq və onların rəqəmsal sorğularını idarə etmək;
Rəqəmsal kampaniyaları hazırlamaq və effektiv şəkildə izlənilməsini təmin etmək;
Kampaniyaların nəticələri ilə bağlı detallı hesabatlar hazırlamaq;
Sahə üzrə ən son trendlər, reklam formatları və texnologiyalarla daim məlumatlı olmaq;
Auditoriya analizi, bazar araşdırması, rəqiblərin fəaliyyətinin monitorinqinin aparılması;
Komanda ilə əməkdaşlıq edərək yeni və innovativ inkişaf strategiyaları hazırlanmasında aktiv şəkildə iştirak etmək.
Tələblər:
Rəqəmsal media sahəsində 2+ il iş təcrübəsi;
Reklam agentliyində iş təcrübəsi üstünlükdür;
İngilis və Azərbaycan dillərini (yazılı və şifahi) yüksək səviyyədə bilmək. (Rus dili üstünlükdür);
Meta, TikTok, Google platformalarından istifadə təcrübəsi. (SEO bilikləri üstünlükdür.)
Biz təklif edirik:
Tam ştatlı iş;
Beşgünlük iş həftəsi;
Peşəkar və dəstəkləyici iş mühiti;
Karyera inkişafı və yüksəliş imkanları;
Təlimlər, tədbirlər və komanda quruculuğu fəaliyyətləri ilə davamlı peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız müvafiq rəqəmsal media idarəetmə təcrübəsinə malik namizədlər nəzərdən keçiriləcək.
Maaş namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə olunacaq.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Digital Media Manager” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Yuxarıda qeyd olunan tələblərə cavab verməyən müraciətlər nəzərdən keçirilməyəcək.