
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş ərazi üzrə mağazaları gündəlik ziyarət planına əsasən gəzmək.
Məhsulların rəflərdə şirkətin vizual standartlarına uyğun, səliqəli və cəlbedici düzülüşünü təmin etmək.
Rəflərdə məhsul qalıqlarına nəzarət etmək və vitrinlərdə məhsul çatışmazlığının qarşısını almaq.
Məhsulların son istifadə tarixinə və əmtəə görünüşünə diqqət etmək.
Qiymət kağızlarının rəflərdəki məhsullara uyğunluğunu yoxlamaq.
Rəhbərliyə görülmüş işlər barədə gündəlik/həftəlik hesabatlar təqdim etmək.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.
Verilmiş ərazi üzrə mağazaları yaxşı tanımaq və orientasiya bacarığı.
Məsuliyyətli, dinamik, nizam-intizamlı və detallara qarşı diqqətli olmaq.
Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi (08:00 – 17:00).
İstirahət günləri: Şənbə və Bazar günləri.
Əmək haqqı: İlk sınaq ayı üçün 550 AZN, növbəti aylardan etibarən fəaliyyətə uyğun olaraq 750 - 800 AZN.
Müraciət qaydası: 010-255-15-58 "Merçendayzer - Kürdəxanı, Zabrat, Savalan və Məhəmmədli" qeyd etməklə nömrə ilə əlaqə saxlamaları xahiş olunur.