
Çinici Mağazası komandamıza Visual Merchandiser (VM) axtarır.
İş yeri: Çinici Mağazası
İş qrafiki: Həftənin 5 iş günü
Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
Mağazanın vizual görünüşünü brend standartlarına uyğun təşkil etmək;
Vitrin və manikenlərin tərtibatını həyata keçirmək;
Məhsulların cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək;
Mövsümi kampaniya və kolleksiyalara uyğun vizual dəyişiklikləri icra etmək;
Mağazada vizual merçandayzinq standartlarına nəzarət etmək.
Namizədə tələblər:
Visual Merchandiser vəzifəsində iş təcrübəsi;
Yaradıcı düşüncə və estetik zövq;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
Moda və retail sahəsinə maraq.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Visual Merchandiser” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.