
KATAN Tekstil MMC Tekstil üzrə Merçendayzer vakansiyası üzrə namizəd axtarışındadır.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Əmək haqqı: 700 AZN
İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
Yeni kolleksiya, kampaniya və endirim məhsullarının düzgün təqdimatını təşkil etmək;
Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək;
Satış sahəsində məhsul ehtiyatını izləmək, çatışmayan məhsullar barədə məlumat vermək;
Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq;
Mövsümi vitrin konseptlərinin hazırlanması və tətbiqində iştirak etmək;
Müştəri tələbatını izləyərək rəhbərliyə təkliflər vermək;
Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı işləmək;
Gündəlik və dövri hesabatları hazırlamaq.
Namizədə tələblər:
Tam orta, orta ixtisas və ya ali təhsil (tekstil, ticarət və ya satış sahəsi üzrə təhsil üstünlükdür);
Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi arzuolunandır;
Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlərin də müraciətinə baxıla bilər;
Azərbaycan dilini sərbəst bilmək (Rus dili biliyi üstünlükdür);
MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı;
Səliqəli, məsuliyyətli, diqqətli, punktual və komandada işləmək bacarığı;
Estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq.
Şirkət təklif edir:
Rəsmi əmək müqaviləsi;
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar komandada inkişaf və karyera yüksəlişi;
Korporativ iş mühiti;
Maraqlanan namizədlər CV-lərini "Tekstil üzrə Merçendayzer" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.