
Sinteks Şirkətlər Qrupu “Terranova”, “Calliope”, “OXXO” və “New Yorker” mağazaları üzrə “Vizual Merçendayzer” vakansiyasını elan edir!
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazalarda Brendin tələblərinə uyğun merçendayzinqi təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Satış salonunun brendin standartlarına uyğun tərtib olunması;
Mağazada iş prosesinə uyğun əvvəlcədən müəyyən olunmuş alqoritm üzrə işin günlük və həftəlik təşkili;
Günlük və Həftəlik işin təşkili zamanı mövcud olan analiz proqramlarından istifadə bacarığı və istifadə, analizlərin nəticəsinə uyğun olaraq stokun idarə olunması;
Yeni məhsulların gəlişinə uyğun və mövsümü dəyişiklik zamanı zalın yenidən tərtib olunması;
Vizual merçendayzinq standartlarına uyğun olaraq, satış zalında rəng ahənginin, çeşid eyniliyinin və eyni kateqoriyadan olan məhsulların bir arada yerləşdirilməsinin təmin edilməsi;
HVM ilə birlikdə bütün məhsullar üçün qrafika və avadanlıqların hazırlanması
Şirkət və Brend standartları haqqında məlumatlılıq: Layout qaydaları və planogramlar.
Professional biliklər
Merçendayzing
Təhsil
Orta təhsil
İş təcrübəsi
Pərakəndə satış sahəsində 1 il müvafiq iş təcrübəsi
Professional bilik və səriştələr
Detal yönümlülük
Nəticə yönümlülük
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Maraqlanan namizədlər linkə daxil olaraq müraciət edə bilərlər.
Vatsap: 010 239 37 21