
Namizədə tələblər
Minimum orta təhsil;
Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Dinamik iş mühitində işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı;
İlkin riyazi hesablama bacarıqları;
Müxtəlif iş növbələrində işləmək imkanı;
Rus dili biliyi arzuolunandır.
Dil bilikləri
Xüsusi tələb yoxdur. Rus dili biliyi üstünlükdür.
Kompüter bilikləri tələb olunmur.
Vəzifə funksiyaları
Müştərilərin ehtiyac və tələblərini müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin merçendayzinq standartlarına uyğun tərtib edilməsinin təmin olunması;
Müəyyən edilmiş satış hədəflərinə nail olmaq üçün müvafiq fəaliyyətlərin həyata keçirilməsi;
Məhsul satışından sonra göstərilən xidmətlərin təqib edilməsi;
Satış performansının artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarının icra edilməsi;
Müştəri sorğularının cavablandırılması və yaranan problemlərin peşəkar şəkildə həll edilməsi;
Qüvvədə olan kampaniya şərtlərinin düzgün icrasının təmin edilməsi.
Zəhmət olmasa, qeyd olunan tələblər əsasında 4 nəfər Satış Məsləhətçisi üzrə vakansiyanın açılmasını təmin edəsiniz.
İş şəraiti:
Həftə içi 6 iş günü, saat 09:00-dan 17:00-dək
İstirahət: bazar
Əmək haqqı: razılaşma əsasında
Ünvan: Bakı, Nərimanov., Əhməd Rəcəbli., Baku Servis Kompani (SAMSUNG) Omidlə üz-üzə
Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu hissəsində “Satış məsləhətçisi” qeyd edərək Cv – lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.