İş barədə məlumat:
Velosipedləri davamlı baxım və təmir işlərinin həyata keçirilməsi.
Velosipedlərin texniki vəziyyətinin mütəmadi olaraq yoxlanılması və lazımi tədbirlərin görülməsi.
Velosiped hissələrinin dəyişdirilməsi, tənzimlənməsi və yaxşılaşdırılması.
Baxım və təmir işlərinin sənədləşdirilməsi və hesabatların hazırlanması.
Tələblər:
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
Velosipedlərin təmiri və baxımı sahəsində geniş məlumat və təcrübə.
Yenilikləri qəbul etməyə və öyrənməyə həvəsli olmaq.
Yüksək səviyyədə problem həlli və analitik düşünmə bacarıqları.
Müştəri məmnuniyyətini əsas götürən iş prinsipi.
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Velosiped Mexanikı” yazaraq [email protected] ünvanına göndərmənizi xahiş edirik.
CV-nizi 0552039889 nömrənin vatsapına göndərə bilərsiniz (Yalnız CV-inizi göndərə bilərsiniz)
Şirkət haqqında məlumat:
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.