İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək;
İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək;
Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək;
Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək;
Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək;
Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək;
Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək;
Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq;
Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq;
İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər
Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə);
İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi;
Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər;
Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə;
Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı;
Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları;
Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı.
İş qrafiki:
5 günlük iş qrafiki
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur.
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında: Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.