
Komandamıza yaradıcı düşüncəyə sahib, video çəkilişi və montaj sahəsində təcrübəli Montajçı / Videoqraf axtarırıq.
Vəzifə öhdəlikləri
Sosial media üçün müxtəlif formatlarda video çəkilişlərinin həyata keçirilməsi;
Çəkilmiş video materialların seçilməsi, kəsilməsi və montaj edilməsi;
Reels, TikTok, Shorts və digər sosial media formatları üçün qısa və dinamik videoların hazırlanması;
Videolarda kreativ keçidlər, effektlər, animasiyalar və digər montaj elementlərindən istifadə edilməsi;
Video və audio materialların keyfiyyətli şəkildə işlənməsi;
Səs, musiqi və digər audio elementlərin videoya uyğunlaşdırılması;
Hazırlanan videoların sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılması;
Çəkiliş zamanı kadr, işıq, səs və görüntü keyfiyyətinə diqqət yetirilməsi;
Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
Namizədə tələblər
Videqoqraf sahəsində minimum 3 il iş təcrübəsi
Video çəkilişi və montaj sahəsində praktiki biliklər;
Adobe Premiere Pro, Adobe After Effects, DaVinci Resolve, CapCut və ya digər montaj proqramlarından yaxşı səviyyədə işləmək bacarığı;
Videoları düzgün kəsib-doğramaq, ritmə uyğun montaj etmək və maraqlı süjet yaratmaq bacarığı;
Sosial media üçün baxımlı və dinamik videolar hazırlamaq bacarığı;
Kadr quruluşu, işıqlandırma və video çəkiliş prinsipləri haqqında anlayış;
Audio və video sinxronizasiyası üzrə bacarıq;
Media, radio, televiziya və ya xəbər sahəsində iş təcrübəsinin olması
Verilən tapşırıqları vaxtında icra etmək;
Komanda ilə işləmək və verilən geri dönüşlərə uyğun düzəlişlər etmək;
Vakansiya ilə maraqlanan namizədlər CV və portfolio/linklərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.