
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) komandasında çalışmaq üçün Video redaktor (montajçı) vəzifəsinə namizəd axtarır.
Kreativ düşüncəyə, vizual zövqə və peşəkar montaj bacarıqlarına sahibsinizsə, komandamıza qoşulun!
Vəzifə öhdəlikləri:
Uzunformatlı videoların, qısa videoların (Reels), reklam və təqdimat çarxlarının montaj edilməsi;
Video materialların məzmun və məqsədə uyğun hazırlanması;
İnstitutun brend üslubuna uyğun vizual materialların yaradılması;
Video və audio materialların keyfiyyətinin təmin edilməsi;
Komanda ilə birgə işləmək və tapşırıqları vaxtında icra etmək.
Namizədə tələblər:
Ali təhsil
Video montaj sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe Premiere Pro və Adobe After Effects proqramlarında işləmək bacarığı;
Kreativ yanaşma, peşəkar montaj bacarığı və vizual zövq;
Məsuliyyətlilik və tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək bacarığı;
Portfolio təqdim etmək.
Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini mövzu hissəsində “Video redaktor (montajçı)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Uyğun namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 01.12.2026