Vəzifə öhdəlikləri:
Filialın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
Filialın satış planının və biznes hədəflərinin icrasını təmin etmək
Kredit portfelinin keyfiyyətini qorumaq, gecikmiş kreditlərin idarə olunmasını təşkil etmək;
Filial əməkdaşlarının işini planlaşdırmaq, fəaliyyətini qiymətləndirmək və inkişafını dəstəkləmək;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı istiqamətində tədbirlər görmək;
Daxili prosedur və qaydalara, eləcə də qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
Filial üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);
MS Office proqramlarında işləmək bacarığı
Bank və ya BOKT sektorunda minimum 3 il, rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi;
Kreditləşmə prinsipləri, maliyyə təhlili və risklərin idarə edilməsi üzrə biliklər;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bank-maliyyə sektorunu tənzimləyən normativ sənədlər üzrə biliklər;
Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
İş şəraiti:
İş rejimi: 6/1
Ünvan: İsmayıllı rayonu
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
Biz təklif edirik:
Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Rahat və dinamik iş mühiti
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni “İsmayıllı filialına Filial müdiri” mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.