
Odlar Yurdu Universiteti müvafiq kafedralar üzrə kafedra müdiri vəzifəsinə vakansiya elan edir.
“Biologiya və ekologiya”, “Filologiya və humanitar fənlər”, “Xarici dillər”, “Riyaziyyat və İnformatika”, “İqtisadiyyat və İqtisadi münasibətlər”, “Dizayn” kafedralarına müdir vəzifələri tutmaq üçün namizədlərə aid tələblər:
Profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcə;
Ali təhsil müəssisəsində minumum 5 il elmi-pedaqoji təcrübə;
Rəhbər vəzifədə iş təcrübəsi;
Elmi nəşrlərin və tədqiqat işlərinin olması;
Yüksək təşkilatçılıq və liderlik bacarıqları;
Müraciət üçün tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti
Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
Elmi və elmi metodiki işlərin siyahısı;
Kadrlar uçotunun şəxsi vərəqəsi;
CV (tərcümeyi-hal)
Sənədlər Odlar Yurdu Universiteti Rektorunun adına yazılmış ərizə ilə birlikdə (sərbəst formada) Odlar Yurdu Universitetinin rəsmi internet və sosial şəbəkə səhifələrində ([email protected]) yerləşdirilməli və ya Universitetin rəsmi binasına (Koroğlu Rəhimov 13) İnsan Resursları departamentinə təqdim edilməlidir.
Son müraciət tarixi: 05.09.2026
Vatsap: 055 4658527