Azmade Group MMC komandasına "Planlama və Anbar Şöbə Müdiri" üçün namizəd axdarışındadır!
Əsas vəzifə funksiyalari:
Metal konstruksiya layihələri üzrə istehsalat planlarının və iş qrafiklərinin hazırlanması
Sifarişlərin istehsal mərhələləri üzrə planlaşdırılması və prioritetlərin müəyyən edilməsi;
Çertyojlar və BOM/material spesifikasiyaları əsasında istehsal ehtiyaclarının müəyyənləşdirilməsi;
Xammal, material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın planlaşdırılması;
Kəsim, deşik açma, yığma, qaynaq, təmizləmə, rəngləmə və komplektləşdirmə proseslərinin ardıcıllığının planlaşdırılması;
İstehsalat sahələrinin və avadanlıqların yüklənməsinin optimallaşdırılması;
Gündəlik, həftəlik və aylıq istehsalat planlarının hazırlanması və icrasına nəzarət;
Faktiki istehsal göstəricilərinin planla müqayisəsi və plan-fakt analizinin aparılması;
İstehsalatda yaranan gecikmələrin və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;
Material çatışmazlığı, avadanlıq yüklənməsi və digər istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
İstehsalat, LİO, Təchizat, Planlama, Keyfiyyətə Nəzarət şöbələri ilə koordinasiyanın təmin edilməsi;
Sifarişlərin vaxtında və müəyyən edilmiş istehsal qrafikinə uyğun icrasının izlənilməsi;
İstehsalat göstəriciləri üzrə hesabatların, analizlərin və rəhbərlik üçün təqdimatların hazırlanması;
İstehsalat gücünün, məhsuldarlığın və resurslardan istifadənin təhlili;
İstehsalat planlarının dəyişən sifariş və layihə tələblərinə uyğun operativ şəkildə yenilənməsi;
İstehsalat proseslərinin səmərəliliyinin artırılması və optimal planlama həllərinin təklif edilməsi.
Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirilməsi;
Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə edilməsi; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra edilməsi;
Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim edilməsi;
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi;
Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasının təmin edilməsi;
Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.
Namizədə tələblər:
Metal konstruksiyaların istehsal texnologiyası və istehsalat prosesləri üzrə biliklər;
Metal konstruksiya çertyojlarının, spesifikasiyaların və BOM-ların oxunması və təhlili;
İstehsalatın planlaşdırılması, istehsal gücünün hesablanması və resursların optimal bölüşdürülməsi bacarığı;
Kəsim, qazma, yığma, qaynaq, rəngləmə və digər istehsal mərhələlərinin iş ardıcıllığını və texnoloji tələblərini bilməsi;
Plan-fakt analizi, istehsalat göstəricilərinin təhlili və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
Material və xammal tələbatının hesablanması və planlaşdırılması bacarığı;
İstehsalat qrafiklərinin hazırlanması və icrasına nəzarət;
MS Excel proqramında yüksək səviyyədə işləmək
ERP/MRP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
AutoCAD və ya analoji proqramlarda çertyojları oxuma bacarığı;
MS Project və ya digər istehsalat planlama proqramları üzrə biliklər üstünlükdür;
Anbar əməliyyatlarını dərindən bilmək;
Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
Eyni vaxtda bir neçə sifariş və layihə üzrə işləmək bacarığı;
Problemləri operativ müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
Detallara diqqət və yüksək məsuliyyətlilik;
Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
İş şəraiti:
İş yeri: Şəmkir
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 08:00 – 17:00
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.