Vəzifə öhdəlikləri:
Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq
Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək
Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Namizədə olan tələblər:
Təhsil pilləsi (minimum) - Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
Təhsil ixtisası - Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahə
İş təcrübəsi (minimum) - Müvafiq sahə üzrə ən az 5 il. Konsolidasiya olunmuş aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə.
Dil bilikləri - Azərbaycan dili, Ingilis dili
Kompüter bilikləri - Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), ERP sistemləri üzrə praktiki biliklər, Power BI (arzuolunandır)
Sertifikat - Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA, CFA və s. arzu olunandır)
Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
Vəzifənin tələb etdiyi səriştəliliklər:
Nəticə yönümlülük / Tabeliyindəki əməkdaşları idarə etmək
Komanda ruhu / Layihələri idarə etmək
Kommunikasiya / Riskləri idarə etmək
Problem həll etmək / Strateji düşünmək
Dəyişikliklərə uyğunlaşmaq / Prosesləri idarə etmək
Data analitika / Qərar qəbul etmək
Tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Büdcə və hesabatlılıq şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur.