
Namizədə dair tələblər:
Cins: Kişi
Yaş: 25-45 yaş
İş təcrübəsi müddəti: Minimum 3 il
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – arzuolunandır, İngilis dili – arzuolunandır
Digər tələblər: Kimya, kimya mühəndisliyi və əlaqəli sahələr üzrə təhsil və ya iş təcrübəsi; təşkilatçılıq və nəzarət bacarığı; məsuliyyətli və intizamlı olmaq; işçi heyəti ilə işləmək bacarığı.
Vəzifələr:
İstehsal prosesinin gündəlik təşkilində İstehsal Müdirinə dəstək olmaq;
İstehsal prosesinin fasiləsizliyinə nəzarət etmək;
İşçilərin iş intizamına və verilən tapşırıqların icrasına nəzarət etmək;
İstehsalat sahəsində səliqə və nizam-intizamın qorunmasına nəzarət etmək;
Xammal və hazır məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək;
Qablaşdırma və etiketləmənin düzgün aparılmasına nəzarət etmək;
Yükləmə zamanı məhsulların düzgün sayılmasına və təhvil verilməsinə nəzarət etmək;
İstehsalat prosesində yaranan problemlər barədə İstehsal Müdirinə məlumat vermək;
İstehsalatla əlaqəli digər tapşırıqları yerinə yetirmək.
Əməkhaqqı məbləği: 1000 AZN
Əlavə imkanlar: Nahar və servis
İş yerinin ünvanı: Hacıqabul Sənaye Parkı
Həftənin iş günləri: 1-ci - 6-cı günlər
İş saatları: 09:00 - 18:00
Müraciət qaydası: CV-lərin [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Müraciət üçün son tarix: 30.09.2026
Haqqında: AZ AGROMILA MMC 2019-cu ildən Azərbaycanda kənd təsərrüfatı üçün orqanik, orqano-mineral və mineral gübrələrin, həmçinin yarpaq və damcı suvarma gübrələrinin istehsalı ilə məşğul olan yerli istehsal şirkətidir.