Yeni açılacaq filiallar (Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz)
Yeni açılacaq filiallarımız üçün Filial Müdiri vəzifəsinə peşəkar və nəticəyönümlü namizədlər axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Filialın gündəlik fəaliyyətinin təşkil və idarə edilməsi;
Qızıl girovlu kreditlər üzrə satış və kredit portfelinin inkişaf etdirilməsi;
Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Kredit müraciətlərinin qiymətləndirilməsi və kreditləşmə prosesinə nəzarət;
Girovların qəbul edilməsi və rəsmiləşdirilməsi prosesinə nəzarət;
Filial əməkdaşlarının fəaliyyətinin koordinasiyası və komandanın idarə edilməsi;
Filial üzrə satış, kredit portfeli və gecikmə göstəricilərinə nəzarət;
Müəyyən edilmiş KPI və biznes hədəflərinin icrasının təmin edilməsi;
Filialın fəaliyyəti barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Bank və ya BOKT sahəsində minimum 3 il iş təcrübəsi;
Kreditləşmə və satış sahəsində iş təcrübəsi;
Qızıl girovlu kreditləşmə sahəsində təcrübə üstünlükdür;
Komanda idarəetmə və liderlik bacarığı;
Güclü ünsiyyət və müştəriyönümlülük;
Analitik düşünmə və operativ qərarvermə bacarığı;
Nəticəyönümlü və məsuliyyətli yanaşma.
İş şəraiti
İş yeri: Qax, Zaqatala, Oğuz, Bərdə, Yevlax, Tovuz, Gədəbəy, Ağdam, Şamaxı, Mingəçevir, Qusar Xaçmaz
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
·Uyğun namizədlər CV-lərini “Filial Müdiri” adı altında və mütləq filialın adı qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.