Vəzifə öhdəlikləri
Filialın gündəlik fəaliyyətini və iş proseslərini təşkil etmək və idarə etmək;
Filial üzrə satış planlarının və müəyyən edilmiş hədəflərin icrasını təmin etmək;
Satış nəticələrini təhlil etmək və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək;
Filial əməkdaşlarının iş bölgüsünü aparmaq, fəaliyyətlərini koordinasiya və nəzarət etmək;
İşçilərin performansını qiymətləndirmək və inkişaflarına dəstək olmaq;
Müştəri xidmətinin şirkət standartlarına uyğun təşkilinə nəzarət etmək;
Müştəri məmnuniyyəti və loyallığının artırılması üçün tədbirlər görmək;
Məhsulların filialda düzgün yerləşdirilməsinə, vitrinlərin və satış sahəsinin standartlara uyğunluğuna nəzarət etmək;
Kassa əməliyyatlarının və maliyyə intizamının düzgün aparılmasına nəzarət etmək;
Filialın daxili intizam qaydalarına və şirkətin prosedurlarına əməl olunmasını təmin etmək;
Kampaniya və satış aksiyalarının filialda düzgün icrasını təşkil etmək;
Rəhbərliyə filialın fəaliyyəti, satış göstəriciləri və mövcud problemlər barədə müvafiq hesabatlar təqdim etmək;
Filialın fəaliyyətinin səmərəliliyinin artırılması və şirkətin ümumi biznes hədəflərinə nail olunması istiqamətində təkliflər vermək.
Namizədə tələblər
Ali təhsil;
Satış və ya mağaza idarəçiliyi sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir;
Rəhbərlik və komanda idarəetmə bacarığı;
Satış göstəricilərinin təhlili və planlaşdırılması bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Təşkilatçılıq və problem həll etmə bacarığı;
Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı;
Azərbaycan dilində səlis danışıq;
Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarında işləmək bacarığı;
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Peşəkar komanda
İnkişaf və karyera imkanları
Elektronika sahəsində peşəkar inkişaf imkanı
İş yeri: ByTelecom MMC
İş rejimi: 6 günlük iş qrafiki
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Filial müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.