Namizədə olan tələblər:
B2B/korporativ satış sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi;
Korporativ müştərilərlə işləmək, yeni müştəri bazası yaratmaq, danışıqlar aparmaq bacarığı;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Kommersiya təklifləri hazırlamaq bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq;
Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.
Vəzifə öhdəlikləri:
Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsinə nəzarət edilməsi;
Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
Şirkətin satış həcminin artırılmasına dəstək olunması;
Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirilməsi;
Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
Şöbənin əməkdaşlarının işinin təşkili və idarə edilməsi;
Əməkdaşlarının məlumatları sistemdə tam və düzgün qeyd etməsinə nəzarət edilməsi;
Müştəri şikayətlərinin vaxtında həll olunması.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
Servis və nahar mövcuddur;
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.