(AERA) EMTA İqtisadi təhlil, tarif və statistika şöbəsinin İqtisadi təhlil və statistika sektoruna müdir vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;
Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin maliyyə hesabatlarını təhlil edir, layihələrin (investisiyaların) rentabelliyini qiymətləndirir;
Müvafiq sahədə tarif (qiymət) siyasəti ilə bağlı təkliflər verir;
Müvafiq sahədə tarif (qiymətqoyma) modellərinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;
Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.
TƏLƏBLƏR:
“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayan iş təcrübəsi;
Yaş həddi 25-45 aralığı;
İqtisadi təhlil və ekonometrik modelləşdirmə bacarığı;
Microsoft Office proqramı üzrə hesabatları və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığı;
Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Maliyyə Hesabatlarının Beynəlxalq Standarları (İFRS) və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır.
DİGƏR:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndiskommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Son müraciət tarixi: 6 noyabr 2026-cı il
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) [email protected] poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd edin.
E-mail: [email protected]