Family School tədris mərkəzi Rus sektor dərs keçə bilən riyaziyyat müəllimi axtarır..
Tələblər:
Ali təhsil (mütləq);
9–11-ci sinif şagirdləri və abituriyentlərlə iş təcrübəsi (mütləq);
Rus dilində sərbəst və peşəkar tədris bacarığı;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
Məsuliyyətlilik, punktuallıq və nəticəyönümlülük.
Vəzifə öhdəlikləri:
9–11-ci sinif şagirdləri (abituriyentlər) üçün riyaziyyat dərslərinin planlaşdırılması və tədrisi;
Şagirdlərin buraxılış və blok imtahanlarına məqsədyönlü şəkildə hazırlanması;
Şagirdlərin bilik səviyyəsinin mütəmadi olaraq qiymətləndirilməsi və nəticələrin təhlili;
Tədris prosesinin gedişatı və şagirdlərin inkişafı barədə valideynlərin məlumatlandırılması;
Dərslərin rus dilində effektiv, anlaşıqlı və yüksək keyfiyyətlə tədris olunması;
Müasir tədris metodları və innovativ yanaşmalardan istifadə edilməsi.
İş şəraiti:
İş yeri
İnqilab filialı – Həsən Əliyev küç. 212A
Həzi Aslanov filialı – Blue Mall, 2-ci mərtəbə
İş qrafiki - Saat hesabı
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.