
Tələblər
İngilis dili üzrə yüksək səviyyədə bilik (minimum B2/C1);
Dil biliyini təstiq edən beynəlxalq sertifikat.
Müvafiq ixtisas üzrə ali təhsil; (Tərcümə və ingilis dili müəllimliyi ixtisasından məzun olan namizədlərə üstünlük veriləcək).
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Qrup və fərdi dərslərin təşkili.
Məsuliyyətli, səbirli, öyrənməyə və inkişaf etməyə açıq olmaq.
Vəzifə öhdəlikləri
İngilis dili üzrə dərslərin planlaşdırılması və keçirilməsi;
Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi;
Dərs materiallarının hazırlanması və müasir tədris metodlarından istifadə;
Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
Tədris prosesi ilə bağlı hesabatların və zəruri qeydlərin aparılması.
İş şəraiti
Əmək haqqı - Sabit əmək haqqı + bonus.
İş qrafiki - 6 gün. Saat 10:00-19:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
Xətai prospekti, Luxen Plaza. 9-cu mərtəbə.
Uyğun namizədlər CV-lərini yalnız PDF formada [email protected] elektron ünvanına “İngilis dili müəllimi” başlığı ilə göndərə bilərlər. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.