
Komandamızı böyüdürük! Əgər siz də dinamik mühitdə çalışmaq, tələbələrə rus dilini sevdirmək və öz təcrübənizi bizimlə bölüşmək istəyirsinizsə, zəhmət olmasa bu vakansiyaya diqqət yetirin.
Namizədə olan tələblər:
Cins: Xanım və ya bəy namizədlər
Dil biliyi: Sərbəst rus dili biliyi
Tədris proqramı: Özünə məxsus Syllabus-un olması mütləqdir
İş təcrübəsi: Minimum 6 ay - 1 il tədris təcrübəsi arzuolunandır.
Qrafik: Səhər və xüsusilə axşam qruplarında dərslər keçməyə uyğun olmaq
Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
Biz nə təklif edirik?
Əməkhaqqı: Müsahibə zamanı akademiyada bildirilir
Mehriban və inkişaf yönümlü kollektiv
Təcrübə qazanmaq və peşəkar kimi böyümək imkanı
Siz də Basic Academy ailəsinin bir parçası olmaq istəyirsinizsə, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "Rus dili müəllimi" qeyd etməyi unutmayın.