
Compass Tədris Mərkəzi Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə müəllim axtarır.
Vəzifə öhdəlikləri:
Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə dərslərin tədrisini həyata keçirmək;
Şagirdlərin bilik səviyyəsini müəyyənləşdirmək və fərdi yanaşma tətbiq etmək;
Dərsləri müasir və interaktiv metodlardan istifadə etməklə təşkil etmək;
Şagirdlərin imtahanlara və qiymətləndirmələrə hazırlanmasını təmin etmək;
Dərs planlarını və tədris materiallarını hazırlamaq;
Şagirdlərin akademik inkişafını izləmək və nəticələrini qiymətləndirmək;
Valideynlərlə zəruri hallarda kommunikasiya qurmaq;
Tədris mərkəzinin daxili qayda və standartlarına riayət etmək.
Namizədə tələblər:
Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə yüksək bilik;
Ali təhsil (müvafiq ixtisas üzrə);
Müəllimlik və ya tədris sahəsində iş təcrübəsi arzuolunandır;
Şagirdlərlə düzgün ünsiyyət qurmaq və işləmək bacarığı;
Məsuliyyətli, səbirli və punktual olmaq;
Dərsi effektiv və anlaşıqlı şəkildə izah etmək bacarığı;
Komandada işləmək bacarığı;
İnkişaf etməyə və yeni tədris metodlarını öyrənməyə həvəs.
İş yeri: Tovuz şəhəri, Kəhriz küçəsi
Müraciət:
CV-nizi WhatsApp vasitəsilə 051 930 30 96 nömrəsinə göndərə bilərsiniz.