
İnvest Academy Qobustan qabiliyyət imtahanına hazırlıq üzrə rəsm dərslərini tədris etmək üçün Rəsm müəllimi axtarır.
Vəzifə öhdəlikləri:
Qabiliyyət imtahanına hazırlıq üzrə rəsm dərslərinin keçirilməsi;
Şagirdlərin rəsm bacarıqlarının və yaradıcılıq potensialının inkişaf etdirilməsi;
Akademik rəsm, kompozisiya və digər zəruri istiqamətlər üzrə praktiki məşğələlərin təşkili;
Şagirdlərin fərdi səviyyəsinə uyğun tədris proqramının hazırlanması;
Qabiliyyət imtahanının tələblərinə uyğun hazırlığın aparılması;
Şagirdlərin inkişafının mütəmadi izlənilməsi və nəticələrinin qiymətləndirilməsi;
Dərslərin effektiv və praktik yönümlü şəkildə təşkil edilməsi.
Namizədə tələblər:
Rəssamlıq və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
Rəsm sahəsində peşəkar bilik və bacarıqlar;
Qabiliyyət imtahanına hazırlıq üzrə təcrübə arzuolunandır;
Şagirdlərlə işləmək və biliklərini düzgün şəkildə çatdırmaq bacarığı;
Səbirli, məsuliyyətli və yaradıcı yanaşmaya sahib olmaq;
Dərs prosesində fərdi yanaşma tətbiq etmək bacarığı;
İşinə həvəsli və inkişafyönümlü olmaq.
İş yeri: Qobustan qəsəbəsi, kitabxananın yanı
Müraciət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Vatsap vasitəsilə 051 729 12 46 nömrəsinə göndərə bilərlər.