Tələbələrə Python-u öyrədəcək, onlara AI alətlərindən və avtomatlaşdırmadan real işdə istifadə etməyi göstərəcək mütəxəssis axtarırıq.
Vəzifələr
Python üzrə dərsləri başlanğıc və orta səviyyədə aparmaq
AI inteqrasiyası və avtomatlaşdırma mövzusunda praktiki dərslər hazırlamaq
Tələbələrlə real layihələr qurmaq: botlar, skriptlər, API inteqrasiyaları
Tələbələrin irəliləyişini izləmək və onlara rəy vermək
Tələblər:
Python-u dərindən bilmək: OOP, data strukturları, fayllarla iş, xətaların idarəsi
AI API-ləri ilə işləmək təcrübəsi (OpenAI, Claude, Gemini və s.), prompt engineering, LangChain və ya RAG kimi alətlər
Avtomatlaşdırma təcrübəsi: REST API-lər, web scraping (Requests, BeautifulSoup, Selenium/Playwright), Telegram botlar, n8n/Zapier
Mövzunu sadə və aydın izah etmək bacarığı
Üstünlük sayılır:
İngilis dili
Tədris təcrübəsi
GitHub profili və ya real layihələrdən ibarət portfolio
Təklif edirik:
Sərbəst dərs qrafiki
Saatlıq ödəniş
Peşəkar komandada işləmək imkanı
CV-nizi və GitHub/portfolio linkinizi [email protected] elektron poçt ünvanına göndərin. Mövzu sətrində Python müəllimi yazın.