
Lotus klinikaya Xırdalan flialı üçün Loqoped tələb olunur.
Əgər uşaqlarla işləməyi sevirsiniz, onların nitq və kommunikasiya bacarıqlarının inkişafına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr:
Uşaqların nitq və dil inkişafının qiymətləndirilməsi;
Nitq pozuntularının müəyyənləşdirilməsi və korreksiyası;
Uşaqlar üçün fərdi inkişaf və loqopedik məşğələ proqramlarının hazırlanması;
Artikulyasiya, fonematik eşitmə, söz ehtiyatı və düzgün tələffüz üzərində iş;
Uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun məşğələlərin keçirilməsi;
Valideynlərlə mütəmadi ünsiyyət və uşağın inkişaf dinamikası barədə məlumatlandırma;
Məşğələlərin nəticələrinin izlənilməsi və müvafiq qeydlərin aparılması;
Klinikada digər mütəxəssislərlə əməkdaşlıq.
Namizədə tələblər:
Loqopediya, defektologiya, xüsusi pedaqogika və ya əlaqəli sahə üzrə təhsil;
Uşaqlarla işləmək bacarığı və müvafiq yanaşma;
Rus dilində sərbəst ünsiyyət bacarığı;
Səbirli, məsuliyyətli və diqqətli olmaq;
Uşaqlarla mehriban və düzgün kommunikasiya qurmaq bacarığı;
Komandada işləmək bacarığı.
İş şəraiti:
Rahat və uşaqlar üçün uyğunlaşdırılmış iş mühiti;
Peşəkar inkişaf imkanları;
Təcrübəli mütəxəssislərlə əməkdaşlıq;
Xırdalan filialında yerləşmə;
Uşaqların inkişafına real töhfə vermək imkanı.
Müraciət etmək istəyən namizədlər CV-lərini 077 552 70 10 vatsapına göndərə bilərlər.