
Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri
A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə
Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması
Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş
Tələblər
Alman dili: minimum B2. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək
Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı
Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil
Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti
Üstünlük sayılır
Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet)
Rus dili bilmək
İngilis dili bilmək
Biz nə təklif edirik
Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız
CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə) [email protected] elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi (Junior, A1–A2).