“Sağlam Ailə” Tibb Mərkəzi “Gözətçi” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
Binanın daxildən və xaricdən qorunmasının təmin edilməsi;
Video-nəzarət kameralarının köməyi ilə daimi müşahidənin təşkil edilməsi;
Müəyyən olunmuş buraxılış (işçilərin giriş-çıxışı) rejminə nəzarət;
Şübhəli şəxs və ya əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərə hesabat verilməsi;
Rəhbərliklə razılaşdırılmış şəkildə polis orqanlarının məlumatlandırması;
Fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi.
Tələblər:
Sahə üzrə minimum 1 il iş tərcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı.
Şərtlər:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş yeri: 3-cü Mikrorayon, Asif Məhərrəmov 156C
İş qrafiki: 1 gün iş, 1 gün istirahət;
Əmək haqqı: 600 Azn;
İşçi illik check up paketi ilə təmin olunur;
İşçinin ailə üzvləri tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini "Gözətçi" başlığı altında [email protected] elektron ünvanına göndərə bilər.