
Yaş həddi: 22-35 (təcrübə üstünlükdür)
VƏZİFƏ TƏLƏBLƏRİ:
Müəssisənin ərazisinin mühafizəsini təmin etmək;
İşçilərin, qonaqların və nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək;
Müəssisəyə daxil olan və çıxan şəxslərin qeydiyyatını aparmaq;
Şübhəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
Yanğın, oğurluq və digər fövqəladə halların qarşısının alınması üçün tədbirlər görmək.
Xammal, hazır məhsul, avadanlıq və digər maddi sərvətlərin təhlükəsizliyini təmin etmək;
Anbarlardan məhsul çıxarılarkən aidiyyəti sənədlərin mövcudluğunu yoxlamaq;
Müəssisə ərazisindən icazəsiz material çıxarılmasının qarşısını almaq;
Növbə ərzində müəssisə ərazisini mütəmadi olaraq yoxlamaq.
Müəssisəyə daxil olan və çıxan yük maşınlarını qeydiyyata almaq;
Malların giriş və çıxış sənədlərini yoxlamaq;
Daşınan məhsulların müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq.
Növbəni qəbul etmək və təhvil vermək;
Baş vermiş hadisələri növbə jurnalında qeyd etmək;
Aşkarlanmış nasazlıqlar və risklər barədə məlumat vermək.
TƏLƏBLƏR:
Təhsil-tam orta (Ali təhsil üstünlükdür);
Proqram bilikləri-Microsoft Office proqram bilikləri (təməl səviyyədə);
Kamera müşahidə sistemləri ilə işləmək bacarığı;
Hərbi xidməti başa vurmalı;
Dil bilikləri-Azərbaycan dilində mükəmmək şifahi və yazılı kommunukasiya bacarıqları
ŞƏRTLƏR:
İş yeri- Binəqədi rayonu, 4-cü mədən küçəsi
İş qrafiki 6 günlük (07:00-19:00)
Korporativ nömrə (danışıq və internet paketi) şirkət tərəfindən verilir.
Nahar şirkət tərəfindən qarşılanır
Əmək haqqı 600 AZN
CV-nizi [email protected] e-mail adresinə və ya 50 268 88 26 vatsap nömrəsinə (ZƏNG ETMƏYİN) göndərə bilərsiniz.