İş şəraiti:
Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi.
İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi).
İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.
Əsas vəzifə öhdəlikləri:
Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq;
Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək;
Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq;
Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək;
Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq.
Namizədlərə dair tələblər:
Ali və ya orta ixtisas (texniki) təhsili;
Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür;
İdmançı bədən quruluşu.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər;
Diqqətlilik;
Stressə davamlılıq;
Növbəli iş qrafiki ilə işləməyə hazırlıq;
Məsuliyyətlilik.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.