
AZERA Holding, tərkibində fəaliyyət göstərən Fruitland-AZ MMC üçün Baş mühasib vakansiyası elan edir.
Struktur bölməsi: Maliyyə Departamenti
İş yeri: Bakı şəhəri, Zirə – Südçülük sovxozu
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya aidiyyəti sahə üzrə)
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
Xarici dil biliyinin olması vacibdir
MS Office, 1C, ERP və LOGO proqramlarında işləmək bacarığı
İdarəetmə və liderlik bacarıqları
Analitik düşüncə və qərarvermə qabiliyyəti
Komandada işləmək və yüksək ünsiyyət bacarığı
Stressə davamlılıq və məsuliyyətlilik
Vəzifə öhdəlikləri:
Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
Maddi, əmək və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin uçotunun aparılması
Gəlir və xərclərin, eləcə də vergitutma obyektlərinin qanunvericiliyə uyğun uçotunun təmin edilməsi
Vergi və maliyyə hesabatlarının hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi
Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi
Cari və perspektiv maliyyə planlarının hazırlanması
Biznes planların hazırlanması üçün maliyyə məlumatlarının formalaşdırılması
Xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması
Gəlirlərin vaxtında daxil olmasına və ödəniş proseslərinə nəzarət edilməsi
Bank əməliyyatlarının və hesablaşmaların operativ uçotunun aparılması
Müqavilələr üzrə ödənişlərin vaxtında icrasının təmin olunması
Maliyyə vəsaitlərinin hərəkətinin uçotunun aparılması və hesabatların hazırlanması
Mədaxil-məxaric büdcəsinin və pul vəsaitlərinin planlaşdırılması
Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqlərin təhlili
Statistik hesabatların hazırlanması üçün məlumatların təqdim edilməsi
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.