
Qaya Neqliyyat MMC komandasına məsuliyyətli, diqqətli və peşəkar Mühasib axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin daxili mühasibat uçotunun aparılması;
Daxili və beynəlxalq daşımalar üzrə gündəlik maliyyə əməliyyatlarına nəzarət;
Müştərilər üzrə daşınmaların və maliyyə əməliyyatlarının düzgün uçotunun aparılmasına nəzarət;
Gündəlik kassa və bank əməliyyatlarının işlənilməsi, izlənilməsi və uzlaşdırılması;
Debitor və kreditor borclarının uçotunun aparılması və mütəmadi hesabatların hazırlanması;
Gəlir və xərclərin gündəlik uçotunun aparılması;
Ödənişlərin planlaşdırılması və icrasına nəzarət;
Rəhbərliyə həftəlik və aylıq maliyyə hesabatlarının təqdim edilməsi;
Maliyyə sənədlərinin düzgün arxivləşdirilməsi və uçotunun aparılması;
Digər mühasibatlıq işlərinin qanunvericiliyə və şirkətdaxili qaydalara uyğun icra edilməsi.
Namizədə tələblər:
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Yaş: 30 – 55
Cins: Bəy və xanım namizədlər
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi (nəqliyyat və logistika sahəsində təcrübəyə üstünlük verilir);
1C, Microsoft Excel və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
İş şəraiti
İş günü: Həftənin 5 günü
Ünvan: Binəqədi rayonu DSK yolu
Nahar şirkətə aiddır
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.