
“AZERA Holding”-in daxilində fəaliyyət göstərən “Kətan Toxuma və Hörmə” MMC-yə Mühasib vakansiyası elan edir
İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi (Buzovna Xrustalının yaxınlığı)
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
1C proqramında satış, alış, bank, kassa və digər maliyyə əməliyyatlarının uçota alınması;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin hazırlanması;
Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının icra edilməsi;
Əmək haqlarının hesablanması;
Debitor və kreditor borclarının uçotunun aparılması;
Əsas vəsaitlərin uçotu, amortizasiyasının hesablanması və mal-material hərəkətinə nəzarət;
Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Elektron dövlət portalları və internet bankçılıq sistemləri ilə işləmək;
Mühasibat sənədlərinin düzgün saxlanılmasını və daxili maliyyə prosedurlarına riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
İstehsalat sahəsində minimum 2–3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi üstünlükdür;
1C, MS Office proqramları (xüsusilə Excel və Word) ilə yüksək səviyyədə işləmək bacarığı;
Elektron vergi portalları, e-qaimə, internet bankçılıq və digər elektron dövlət sistemləri ilə işləmək bacarığı;
Vergi və maliyyə qanunvericiliyini bilmək;
Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativlik;
Komandada işləmək və işə planlı yanaşmaq bacarığı.
İş şərtləri:
Əmək haqqı: 1500–2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə);
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Performans nəticələrinə əsasən bonus və mükafatlandırma imkanı.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Mühasib “Kətan Toxuma və Hörmə” MMC " qeyd etməklə müvafiq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.